Valyuta məzənnəsi

Azərbaycan sərhədçiləri İran gəmisinin heyət üzvlərini xilas etdilər

Tarix:19-10-2018, 15:35

Azərbaycan sərhədçiləri İran gəmisinin heyət üzvlərini xilas etdilər

18 oktyabr tarixində saat 21:20 radələrində Xəzər dənizinin mər­kəzi hissəsində, Pirallahı adasından 21 mil məsafədə Aktau-Bakı mar­­şrutu üzrə hərəkət edən İran İslam Respublikasına məxsus "Naz­mehr” quru yük gəmisində heyət üzvlərinin kimyəvi zəhər­lənməsi ilə əla­qədar təxirəsalınmaz köməklik göstərilməsi üçün müra­ciət edilməsi barədə Döv­lət Dəniz Agentliyindən Dövlət Sərhəd Xid­mətinin (DSX) Sahil Mühafizəsinə məlumat daxil olub.

Bizimyol.info DSX-nın saytına istinadən bildirir ki, daxil olmuş məlumat dərhal dövlət sərhədinin mühafizəsində olan Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gözətçi gəmisinə çatdırılıb və İİR gəmisi olan koordinatlara istiqamətləndirilib.

Sərhəd gözətçi gəmisi 00:30 radələrində "Nazmehr” yük gəmisinə yan almış və 12 nəfər heyət üzvündən (1 nəfər Ukrayna, 11 nəfər İİR və­təndaşı) huşsuz vəziyyətdə olan 7 nəfəri gəminin göyərtəsinə götü­rərək sürətlə sahilə doğru hərəkət edib. İİR vətəndaşları "Naz­mehr” quru yük gəmisindən təxliyə edilərkən gəmi kapitanı onlardan 3-də həyat əlamətlərinin olmama­sını bildirib. Sərhəd gözətçi gə­misində digər 4 nəfərə ilkin tibbi yardım göstərilib, qabaqlayıcı təd­birlər görülməklə təcili tibbi yardım maşınları Abşeron dəniz limanına çağırılıb və xilas edilmiş heyət sahilə çıxarılaraq tibb briqadalarına təhvil verilib.

Xilas edilmiş gəmi heyəti Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib.

* * *08:30

Dövlət Dəniz Agentliyindən Xəzər dənizinin mərkəzi hissəsində, Pirallahı adasından 21 mil məsafədə Aktau-Bakı marşrutu üzrə hərəkət edən İran İslam Respublikasına məxsus "Nazmehr” quru yük gəmisində heyət üzvlərinin ilkin fərziyyəyə görə, zəhərlənməsi ilə əlaqədar təxirəsalınmaz köməklik istənilməsi barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizısinə məlumat daxil olub.

DSX-dan bildiriblər ki, məlumat əsasında Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gözətçi gəmisi dənizdə üzmə şəraitinin əlverişsiz olmasına baxmayaraq dərhal həmin istiqamətə göndərilib.

Sərhəd gözətçi gəmisi saat 00:30 radələrində "Nazmehr” yük gəmisinə yan alaraq 7 nəfər ağır vəziyyətdə olan heyət üzvünü qəbul edib, ilkin tibbi yardım göstərməklə sahilə-Abşeron limanı istiqamətində hərəkət edib. Xəstələrə təcili tibbi yardımın göstərilməsi üçün limana həkim briqadaları cəlb olunub.
Oxunub: 263



XƏBƏR LENTİ