Valyuta məzənnəsi

Lənkəran və Yevlax sakinlərindən külli miqdarda narkotik götürülüb

Tarix:6-11-2018, 17:10

Lənkəran və Yevlax sakinlərindən külli miqdarda narkotik götürülübPolis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

DİN-in mətbuat xidmətindən musavat.com-a verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhər sakini Ramin Məmmədovdan çəkisi 3 kiloqram 15 qram marixuana aşkar edilərək götürülüb.

Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə şəhər sakini, əvvəllər məhkum olunmuş Azər Hüseynovdan 470 qram marixuana götürülüb.

Oxunub: 254



XƏBƏR LENTİ