İctimai Televiziyanın sabiq əməkdaşı Aytac Vahabovanın qardaşı dünyasını dəyişib.
Obyektivxeber.info ONA-ya istinadən xəbər verir ki, bu barədə A.Vahabovanın dostları sosial şəbəkələrdə məlumat yayıb.
Bildirilir ki, 18 yaşlı Teymur Vahabov avtomobil qəzasında həlak olub.
Qeyd edək ki, bu, Vahabovlar ailəsində yaşanan ikinci faciədir. 2016-cı ilin fevralında ailənin 23 yaşlı qızı Nigar Vahabova intihar etmişdi.