Valyuta məzənnəsi

Sabirabad sakininin evindən silah-sursat aşkarlanıb - FOTO

Tarix:22-10-2023, 12:25

Sabirabad sakininin evindən silah-sursat aşkarlanıb - FOTO

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz olaraq saxlanılan

odlu silah-sursatın aşkar edilməsi istiqamətində növbəti əməliyyat tədbiri keçirilib.

YeniAN.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional

qrupundan verilən  məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri tədbirlər zamanı

rayonun Surra kənd sakini, əvvəllər qəsdən sağlamlığa ağır zərər vurmaya görə

məhkum olunmuş Seyidnəsir Əhmədov saxlanılıb.

Onun yaşadığı ünvana keçirilən baxış zamanı 1 ədəd kustar üsulla hazırlanmış tapança,

1 ədəd qələm tapança, 1 ədəd lüləsi və qundağı kəsilmiş ov silahı, 1 ədəd süngü-bıçaq

və 71 ədəd müxtəlif çaplı patron aşkarlanaraq götürülüb.

Faktla bağlı Sabirabad RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb,

araşdırmalar davam etdirilir.Sabirabad sakininin evindən silah-sursat aşkarlanıb - FOTO

Oxunub: 65



XƏBƏR LENTİ