Valyuta məzənnəsi

Tanınmış idmançının evini soyan şəxs: Qızın günahı yoxdur

Tarix:24-10-2018, 13:50

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış idmançı Fəridə Əzizovanın evindən külli miqdarda pul oğurlamaqda təqsirləndirilən Nicat İsrafilov və Nərgiz Fərəcovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

obyektivxeber.info xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən N.İsrafilov son sözlə çıxış edib.

O, əməlindən peşman olduğunu deyib:

“Nərgizin bu işdə günahı yoxdur. Xahiş edirəm, ona cəza verməyin. Oğurluğu mən etmişəm”.

Digər təqsirləndirilən N.Fərəcova isə son söz üçün məhkəmədən vaxt istəyib.

Buna görə məhkəmə iclası oktyabrın 31-də davam etdiriləcək.

Oxunub: 318



XƏBƏR LENTİ