Valyuta məzənnəsi

"Avropadan mənimlə maraqlanan klublar var, amma..." - İbrahimoviç

Tarix:9-11-2018, 13:24

"Avropadan mənimlə maraqlanan klublar var, amma..." - İbrahimoviç

MLS klublarından "Los Anceles Qalaksi”nin şərəfini qoruyan Zlatan İbrahimoviç gələcəyi haqqında danışıb.

obyektivxeber.info xəbər verir ki, Amerika klubunun rəsmi saytına danışan 37 yaşlı futbolçu, keçmiş komandası "Milan”a qayıdacağı ilə bağlı irəli sürülən iddialara cavab verib:

"Los Anceles Qalaksi” mənim istədiklərimi və arzularımı çox yaxşı bilir. Gələcəyim onlara bağlıdır və münasibətlərimiz çox yaxşıdır. Hamıyla aram yaxşıdır. Ona görə də, vəziyyətimlə bağlı narahat deyiləm”.

Avropa klublarının maraq dairəsində olduğunu etiraf edən isveçli futbolçu, "Bu, sirr deyil, Avropadan mənimlə maraqlanan klublar var. Amma mən "Los Anceles Qalaksi”yə üstünlük verirəm. Burda xoşbəxtəm” deyib.

İbrahimoviç 2010-2012-ci illərdə "Milan”ın şərəfini qoruyub.

Oxunub: 226



XƏBƏR LENTİ