Valyuta məzənnəsi

Sosial Tərəqqinin Dəstəklənməsi İctimai Birliyi İmişli rayonunda aztəminatlı ailələr üçün seminarlar keçirdi

Tarix:16-10-2018, 14:57

Sosial Tərəqqinin Dəstəklənməsi İctimai Birliyi İmişli rayonunda aztəminatlı ailələr üçün seminarlar keçirdi

Sosial Tərəqqinin Dəstəklənməsi İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə oktyabrın 12-də, İmişli rayonunda, Gənclər Mərkəzində aztəminatlı ailələrin nümayəndələrinə "Aztəminatlı ailələr üçün kiçik sahibkarlıq subyektlərinin yaradılmasının təşviqi məqsədilə maarifləndirici tədbirlərin həyata keçirilməsi" layihəsi çərçivəsində iki seminar keçirdi. 

Sosial Tərəqqinin Dəstəklənməsi İctimai Birliyi İmişli rayonunda aztəminatlı ailələr üçün seminarlar keçirdi


Tədbiri giriş sözü ilə açan STD sədri və "Aztəminatlı ailələr üçün kiçik sahibkarlıq subyektlərinin yaradılmasının təşviqi məqsədilə maarifləndirici tədbirlərin həyata keçirilməsi" layihəsinin rəhbəri Qasım Həsənov bu kimi layihələrin həyata keçirilməsində yardımçı olan dövlət qurumlarına – Azərbaycan Respublikası Prezidenti Admnistrasiyasına, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına xüsusi təşəkkürünü bildirdi. O layihənin ümumi məqsədi barədə qısa çıxış etdikdən sonra sözü layihənin eksperti, iqtisadçı Camal Şükürova verdi. 

Sosial Tərəqqinin Dəstəklənməsi İctimai Birliyi İmişli rayonunda aztəminatlı ailələr üçün seminarlar keçirdi


Ekspert "Sahibkrlığın mahiyyəti onun yaranma formaları və ixtisaslaşması” adlı birinci seminarın mövzusu ilə bağlı aztəminatlı ailələrin nümayəndələrinə geniş məlumat verdi. Sonra çay fasiləsi oldu. Fasilədən sonra söz layihə rəhbərinin köməkçisi Səməd Hətəmova verildi. S.Hətəmov öz çıxışını ekspertin çıxışı üzərində qurdu və seminar iştirakçılarına dünya təcrübəsindən misallar gətirdi. 

Sosial Tərəqqinin Dəstəklənməsi İctimai Birliyi İmişli rayonunda aztəminatlı ailələr üçün seminarlar keçirdi


Daha sonra çıxış üçün söz İmişli rayon İcra Hakimiyyəti Başçısının Aparatının ictimai – siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Asif Abışova verildi. A.Abışov tədbir iştirakçılarını salamladıqdan sonra bu kimi tədbirlərin əyalətlərdə keçirilməsinin təqdirəlayiq olduğunu vurğuladı. Əlavə olaraq qeyd etdi ki, bu cür seminarlar aztəminatlı ailələrin məşğuliyyətlərinin formalaşmasında ciddi rola malikdir. Çıxışlardan sonra mövzu ətrafında müzakirələr və sual-cavablar oldu. Daha sonra layihənin formatına uyğun olaraq seminar iştirakçıları nahar fasiləsinə çıxdılar. 

Sosial Tərəqqinin Dəstəklənməsi İctimai Birliyi İmişli rayonunda aztəminatlı ailələr üçün seminarlar keçirdi


Nahardan sonra layihə rəhbəri Q.Həsənov Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra edilən "Aztəminatlı ailələr üçün kiçik sahibkarlıq subyektlərinin yaradılmasının təşviqi məqsədilə maarifləndirici tədbirlərin həyata keçirilməsi" layihəsi çərçivəsində ikinci - "Kiçik sahibkarlığın hüquqi formaları” adlı seminarın başladığını elan etdi. O sözü layihənin eksperti Camal Şükürova verdi. C.Şükürov seminar iştirakçılarına kiçik sahibkarlığın hüquqi formalarının dünya təcrübəsi, o cümlədən ölkəmizdəki qanunlar toplusu ilə bağlı geniş məlumat verdi. 

Sosial Tərəqqinin Dəstəklənməsi İctimai Birliyi İmişli rayonunda aztəminatlı ailələr üçün seminarlar keçirdi


Sonra cay fasiləsi oldu. Fasilədən sonra söz layihə rəhbərinin köməkçisi Səməd Hətəmova verildi. S.Hətəmov seminar iştirakçılarına dünya təcrübəsindən sitatlar gətirdi və ölkəmizdə bu istiqamətdə görülən dövlət səviyyəli işlər barədə məlumat verdi. Geniş məlumatlardan sonra mövzu ətrafında müzakirələr və sual-cavablar oldu. Sonra layihə rəhbəri seminarda iştirak etdikləri üçün İmişli rayon İcra Hakimiyyəti Başçısı Aparatının Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi – psixoloqu Mirzə Əliyevə, həmin komissiyanın məsul katibi Rüfət Muradova və Aparatın ictimai-siyasi və humanitar məsələlər şöbəsnin baş məsləhətçisi Asif Abışova, eyni zamanda aztəminatlı ailələrin nümayəndələrinə təşəkkürünü bildirdi. 

Sosial Tərəqqinin Dəstəklənməsi İctimai Birliyi İmişli rayonunda aztəminatlı ailələr üçün seminarlar keçirdi


Bununlada Sosial Tərəqqinin Dəstəklənməsi İB-nin Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi "Aztəminatlı ailələr üçün kiçik sahibkarlıq subyektlərinin yaradılmasının təşviqi məqsədilə maarifləndirici tədbirlərin həyata keçirilməsi" layihəsi çərçivəsində "Sahibkrlığın mahiyyəti onun yaranma formaları və ixtisaslaşması” və "Kiçik sahibkarlığın hüquqi formaları” adlı seminarlar başa çatdı. 

Sosial Tərəqqinin Dəstəklənməsi İctimai Birliyi İmişli rayonunda aztəminatlı ailələr üçün seminarlar keçirdi


Sosial Tərəqqinin Dəstəklənməsi İctimai Birliyinin Mətbuat Xidməti 
Conflict.az
Oxunub: 315



XƏBƏR LENTİ