İqtisadiyyat naziri, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti fevralın 25-dən martın 1-dək Çin Xalq Respublikasında səfərdə olacaq.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 7-ci iclası keçiriləcək, ticarət və investisyalar, energetika, İKT, kənd təsərrüfatı, turizm, nəqliyyat və yükdaşımalar, texniki yardım, gənclər və idman, mədəniyyət, humanitar, qida təhlükəsizliyi və sair sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunacaq.
Azərbaycan nümayəndə heyəti Çinə səfər çərçivəsində, həmçinin rəsmi şəxslər və aparıcı şirkətlərinin rəhbərləri ilə görüşəcək
Oxunub: 330