Valyuta məzənnəsi

Toxuculuq sənayesində məhsul istehsalı 50 faizə yaxın artıb

Tarix:22-03-2019, 14:02

Toxuculuq sənayesində məhsul istehsalı 50 faizə yaxın artıb
Bu ilin iki ayında toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 74,9 milyon manat dəyərində məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə toxuculuq sənayesində 49,6 faiz artım, geyim istehsalında 27,1 faiz, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında isə 39,8 faiz azalma müşahidə olunub.
Oxunub: 394



XƏBƏR LENTİ