Valyuta məzənnəsi

“Wildberries” Azərbaycanda mağaza açmağı planlaşdırır

Tarix:3-04-2019, 10:49

“Wildberries” Azərbaycanda mağaza açmağı planlaşdırırRusiyanın “Wildberries” şirkəti Azərbaycanda öz mağazasını açmağı planlaşdırır.

AZƏRTAC xəbər verir ki, “Wildberries” şirkətinin yaradıcısı və baş direktoru Tatyana Bakalçuk “Rossiya-24” telekanalına müsahibəsində şirkətin 2019-cu ildə MDB və Aİ ölkələrində fəaliyyət göstərməyi, həmçinin məhsul çeşidlərini genişləndirməyi nəzərdə tutduğunu bildirib. T.Bakalçuk şirkətin mağazalarının açılacağı ölkələr sırasında Azərbaycan, Gürcüstan və Özbəkistanın adını çəkib.

Rusiyanın “Wildberries” beynəlxalq internet mağazası müxtəlif kateqoriyadan olan mallar, o cümlədən geyim, ayaqqabı, elektronika, uşaq malları, ev üçün malların satışı ilə məşğuldur. Şirkət Rusiya ilə yanaşı, Belarus, Qazaxıstan və Qırğızıstanda da fəaliyyət göstərir.

Oxunub: 269



XƏBƏR LENTİ