Valyuta məzənnəsi

Fatih Birol: Neft və təbii qazın qiyməti məqbul səviyyələrdə seyr edəcək

Tarix:8-04-2019, 15:54

Fatih Birol: Neft və təbii qazın qiyməti məqbul səviyyələrdə seyr edəcəkABŞ-ın neft və təbii qaz istehsalı artır. Lakin qiymətlər məqbul səviyyələrdə seyr edir. Bu ssenari qarşıdakı illərdə də davam edəcək.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol bu fikirdədir. O bildirib ki, ABŞ son 10 ildə neft və təbii qazın istehsalını sürətli şəkildə artıraraq dünyada bir nömrəli istehsalçıya çevrilib. Hazırda ikinci mərhələ başlayır, ABŞ neft istehsalını artırmaqla 5 il ərzində dünyanın ən böyük neft və təbii qaz ixracatçısı olacaq. ABŞ dünyada enerji qiymətlərinin formalaşmasında əhəmiyyətli rol oynayacaq: “OPEC və Rusiyanın yaratdığı bir qrup var. Bu qrup istehsalı azaltmaqla qiymətin yuxarıya doğru çıxmasını istəyir. Çünki iqtisadiyyatlarının hamısı bundan asılıdır. ABŞ neft və təbii qazı istehsalını artırdığı üçün bu hesablamalar baş tutmamağa başladı. Lakin bütün bunlara baxmayaraq “qara qızıl”ın qiyməti məqbul səviyyədədir. Hətta təbii qaz qiymətində aşağı istiqamətli təzyiq var. Əgər hazırda Venesuela və İranda baş verənlər bundan 10 il əvvəl yaşansaydı və istehsal bu qədər azalsaydı qiymət maksimuma qalxardı. Lakin hazırda əlavə neft və qaz istehsalı olduğu üçün qiymət məqbul səviyyələrdə seyr edir. Bu ssenari qarşıdakı illərdə də davam edəcək”.

Oxunub: 294



XƏBƏR LENTİ