Valyuta məzənnəsi

“Kölgə iqtisadiyyatına qarşı mübarizə - iqtisadi inkişafın mühüm amili kimi” mövzusunda konfrans keçiriləcək

Tarix:10-04-2019, 12:22

“Kölgə iqtisadiyyatına qarşı mübarizə - iqtisadi inkişafın mühüm amili kimi” mövzusunda konfrans keçiriləcəkAuditorlar Palatası, Vergilər Nazirliyi və Azərbaycan İqtisadçılar İttifaqının birgə təşkilatçılığı ilə sentyabrın 13-də Bakıda "Kölgə iqtisadiyyatına qarşı mübarizə - iqtisadi inkişafın mühüm amili kimi" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

Palatadan AZƏRTAC-a bildirilib ki, məqsəd iqtisadi inkişafın mühüm amili kimi dəyərləndirilən şəffaflığın artırılması və hesabatlılığın yüksək səviyyədə qurulması, kölgə iqtisadiyyatına qarşı mübarizənin forma və metodları, maliyyə hesabatlılığı sahəsində qabaqcıl xarici təcrübənin tətbiqi istiqamətləri, maarifləndirmə və əməkdaşlıq sahəsində xarici mütəxəssislərin iştirakı ilə müzakirələr aparmaq və kölgə iqtisadiyyatının azaldılmasına dair tövsiyələr işləyib hazırlamaqdan ibarətdir.

Tədbirdə dövlət və özəl qurumların, qeyri-hökumət təşkilatlarının, elm və təhsil müəssisələrinin, sahibkarların və xarici ölkələrin nümayəndələrinin iştirakı gözlənilir.

Oxunub: 266



XƏBƏR LENTİ