Valyuta məzənnəsi

Palata: Keçən il başa çatdırlmış 53 audit ilə aşkarlanmış nöqsanlar təhlil edilib

Tarix:10-04-2019, 12:23

Palata: Keçən il başa çatdırlmış 53 audit ilə aşkarlanmış nöqsanlar təhlil edilibMaliyyə inzibatçılığı sahəsində mövcud olan xarakterik nöqsanların və təsiredici meyillərin müəyyən olunması məqsədilə ötən il başa çatdırlmış 53 audit ilə aşkarlanmış nöqsanlar təhlil edilib.

Hesablama Palatasının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, son illər palata tərəfindən normativ-hüquqi aktların tələblərinə riayət edilməmə halları 8 istiqamət üzrə təşnifləşdirilir. 2018-ci ildə həmin istiqamətlər üzrə ümumilikdə 714 halda nöqsan müəyyən edilib. Bu, əvvəlki ilin göstəricisi ilə müqayisədə 3,6 faiz çoxdur. 2017-ci ildə auditlərin sayı hesabat ilinin göstəricisi ilə müqayisədə 8,2 faiz azdır.

Oxunub: 228



XƏBƏR LENTİ