Valyuta məzənnəsi

Vergi ödəməkdən yayınan şəxslərə 7,4 milyon manatın ödətdirilməsi təmin edilib

Tarix:23-04-2019, 13:24

Vergi ödəməkdən yayınan şəxslərə 7,4 milyon manatın ödətdirilməsi təmin edilibBu ilin birinci rübündə vergidən yayınma hallarına son qoyulması, “kölgə” iqtisadiyyatının aradan qaldırılması, şəffaflığın təmin edilməsi, vergiödəyicilərində uçotun düzgün aparılması və vergilərin tam şəkildə dövlət büdcəsinə ödənilməsi istiqamətində nəzarət tədbirləri davam etdirilib, aksizli malların dövriyyəsinə vergi nəzarəti gücləndirilib.

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, həmin dövrdə vergi ödəməkdən yayınma faktları üzrə istintaq olunan cinayət işləri üzrə vurulmuş ziyandan 7,4 milyon manat məbləğin ödətdirilməsi təmin edilib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfə çoxdur.

Oxunub: 210



XƏBƏR LENTİ