Valyuta məzənnəsi

Xarici İşlər Nazirliyinin balansında olan nəqliyyat vasitələri üçün sürtkü materiallarının alınması və dəyişdirilməsi, eləcə də müxtəlif cari təmir işləri və xidmətlərin satın alınmasına dair kotirovka sorğusu proseduru keçiriləcək

Tarix:20-04-2022, 23:48

  Xarici İşlər Nazirliyinin balansında olan nəqliyyat vasitələri üçün sürtkü materiallarının alınması və dəyişdirilməsi, eləcə də müxtəlif cari təmir işləri və xidmətlərin satın alınmasına dair kotirovka sorğusu proseduru keçiriləcək

Xarici İşlər Nazirliyinin balansında olan nəqliyyat vasitələri üçün sürtkü materiallarının alınması və dəyişdirilməsi, eləcə də müxtəlif cari təmir işləri və xidmətlərin satın alınmasına dair kotirovka sorğusu prosedurunun keçirilməsi bildirilib.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən YeniAN.az-a verilən məlumata görə, kotirovka sorğusu 1 lot üzrə keçiriləcəkdir.

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 50-1.1-ci maddəsinə əsasən kotirovka sorğusu üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirilən müsabiqədə yalnız mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər.
İddiaçılar müsabiqəyə təqdim olunan təklifdə malların, işlərin və xidmətlərin qiymətini nəqliyyat, sığorta, vergilər, gömrük rüsumları və digər xərclər nəzərə alınmaqla göstərməlidirlər. Təkliflər bal sistemi üsulu ilə qiymətləndiriləcəkdir.

Kotirovka sorğusu iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet portalına (bundan sonra-Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və kotirovka sorğusu haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün kotirovka sorğusu iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

İştirak haqqının ödənilməsi yalnız “ASAN ödəniş” vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək istəyənlər müsabiqəyə daxil olduqdan sonra “Asan ödəniş et” düyməsini sıxaraq aidiyyəti keçid vasitəsilə lot üzrə 100 manat məbləğində iştirak haqqını ödəyərək Azərbaycan dilində tərtib olunmuş kotirovka sorğusunun şərtlərini Portal vasitəsilə əldə edə bilərlər. İştirak haqqı heç bir halda geri qaytarılmır.

Malgöndərənlərlə vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsi aparan əlaqələndirici şəxs: Abdullayev Cavid Zahir oğlu. Telefon: (+99412 596 92 57)

İddiaçılar kotirovka sorğusunda iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi (əsasnaməsi), qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri (İddiaçının hüquqi sənədlərinin surəti notarial qaydada təsdiqli olmalıdır);

İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;

İddiaçının təklifi (Portal vasitəsilə zərflər açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması;

İddiaçının satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması;

İddiaçının mikro, kiçik və orta sahibkarlıq subyektinə aid edilməsi barədə müvafiq dövlət orqanından arayış;

Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilmə vaxtı keçmiş öhdəliklərin olmaması, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış;

müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması;

satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi;

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan kotirovka sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar kotirovka sorğusu ilə bağlı sualları Portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Kotirovka proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar kotirovka sorğusunda iştirak etmək tələb olunan sənədləri 06.05.2022-ci il saat 18:00-ə qədər Portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklif zərfləri 10.05.2022-ci il saat 11:00-da açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsi ilə tanış ola bilərlər.

Qeyd: Kotirovka sorğusunda iştirak, kotirovka sorğusunun qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.

YeniAN.az

Oxunub: 111



XƏBƏR LENTİ