Valyuta məzənnəsi

Azərbaycanın Belarusla ticarət dövriyyəsinin həcmi 218 milyon dolları ötüb

Tarix:9-10-2023, 22:29

Azərbaycanın Belarusla ticarət dövriyyəsinin həcmi 218 milyon dolları ötüb

2023-cü ilin yanvar-avqust aylarında Azərbaycan və Belarus arasında ticarət dövriyyəsi 218 milyon 349,5 min dollar təşkil edib.

YeniAN.az  xəbər verir ki,  Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 18.8% və ya 34 milyon 616 min dollar artıb. 2022-ci ilin ilk 8 ayında Azərbaycanla Belarusun ticarət dövriyyəsinin həcmi 183 milyon 732 min dollar təşkil edib.

Qeyd edək ki, hesabat dövründə Azərbaycandan Belarusa ixracın həcmi 4 dəfə azalaraq 19 milyon 859 min dollara, Azərbaycanın Belarusdan idxalı isə 93.8% artaraq 198 milyon 490 min dollara bərabər olub.

Əlavə edək ki, bu dövrdə Azərbaycanla Belarusun ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 0.60%-ni təşkil edib.

Oxunub: 29



XƏBƏR LENTİ