Dünya bazarlarında "Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
"Qafqazinfo”
xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 1,09 ABŞ
dolları, yaxud 1,51 % artaraq 73,61 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, ötən gün neftimiz 72,52 ABŞ dollarına ticarət edilib.
Xatırladaq
ki, "Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də
(15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66
ABŞ dolları) qeydə alınıb.
Azərbaycanın builki dövlət büdcəsində
"Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70
ABŞ dollarından hesablanıb.
Oxunub: 9