Valyuta məzənnəsi

“Nar”dan Türkiyəyə səfər edənlər üçün sərfəli rominq paketi

Tarix:12-09-2018, 14:37

“Nar”dan Türkiyəyə səfər edənlər üçün sərfəli rominq paketi



“Nar” rominqdə olan abunəçilər üçün sərfəli təkliflər təqdim etməyə davam edir. Türkiyədə olan “Nar” abunəçiləri əla qiymətə təqdim olunan “Tətil” internet paketlərindən yararlana bilirlər. Bunun üçün, səfərə çıxarkən “Tətil” paketlərindən birini sifariş etmək kifayətdir.

Abunəçilərin istəklərini nəzərə alan “Nar” rominq internet paketlərini cəmi 2 AZN-dən başlayan qiymətlərlə təqdim edir. 200 MB-lıq internet paketini aktivləşdirmək üçün *777#102#YES, 600 MB-lıq paket üçün isə *777#105#YES şifrəsini yığmaq kifayətdir. İnternet paketlərindən Türkiyə ilə yanaşı, Rusiya, Gürcüstan, Ukrayna, Mərkəzi Asiya ölkələri, ABŞ, İran, İsraildə də yararlanmaq mümkündür.

Şifariş edilən paketin daxili internet balansını yoxlamaq üçün *777#20#YES kodunu yığmaq kifayətdir. “Tətil” paketlərinin istifadə müddəti 15 gündür. Nar.az saytına daxil olmaqla və ya “Tətil" yazıb 777 nömrəsinə SMS göndərməklə paketlər haqqında ətraflı məlumat əldə etmək olar.
obyektivxeber.info

Oxunub: 359



XƏBƏR LENTİ