Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) “Erməni terrorçu-daşnak qüvvələri faşizmin xidmətində: arxiv sənədləri və materialları əsasında” adlı açıqlama yayıb.
Açıqlamada deyilir:
1813-cü ildə Gülüstan, 1828-ci ildə isə Türkmənçay müqavilələrinin imzalanması ilə Azərbaycanın tarixi və əzəli torpaqlarının bölünməsi başa çatmadı, əksinə ərazilərimizin zorən qoparılması prosesi düşmən qüvvələrin himayəsi, təhriki və bilavasitə iştirakı ilə ardıcıl xarakter aldı və davam etdi. Bir çox qonşu ölkələrdə yaşayan ermənilərin məqsədli şəkildə Azərbaycan torpaqlarına köçürülməsinə başlandı və azərbaycanlıların dədə-baba yurdlarında “erməni vilayəti” adlandırılan qondarma inzibati ərazi bölgüsü yaradıldı. Daha sonra isə “böyük Ermənistan” xülyası təbliğ olunmağa başlanıldı və bu məqsədlə kökündə vəhşət və terrorun dayandığı müxtəlif erməni təşkilatları meydana çıxdı. Bununla da erməni-daşnak qüvvələrinin Azərbaycan xalqının məhv edilməsi və onun torpaqlarının qəsb olunması istiqamətində daha məkrli və məqsədyönlü siyasətinin bünövrəsi qoyuldu.
Müasir Ermənistanda terrorculuq və faşizm ideologiyası dovlət siyasətinin ayrılmaz tərkib hissəsinə cevrilmişdir. Bu ideologiya bünövrədən qonsu dovlətlərə əsassız ərazi iddialarının, azərbaycanlılara, turklərə və digər xalqlara qarsı etnik təmizləmə siyasətinin başlıca xəttini təşkil edir. Erməni terrorçu-daşnak qüvvələri hər zaman oz məkrli hədəflərinə catmaq ucun ən çirkin usullardan istifadə etmis, hətta tarixi Azərbaycan torpaqlarında onların köçürülməsinə rəvac vermis, himayə etmiş car və sovet Rusiyasına qarsı cıxmaqdan belə cəkinməmislər. İkinci Dünya müharibəsində faşistlərin silahlı birləşmələrinin tərkibində erməni cəlladlarının törətdikləri vəhşiliklər barədə tutarlı sübutlar incələndikcə bu dəhşətlərin nəticələri vahimə yaradır. Bu gün Ermənistanda hansı siyasi qüvvənin hakimiyyətə gəlməsindən asılı olmayaraq, şovinizm, ekstremizm, hərbi təcavüz, qəsbkarlıq hər zaman ən ifrat formada təbliğ və təsviq olunur, gənc nəsil qonsu xalqlara nifrət və dözümsüzlük ruhunda tərbiyə edilir, insanlığa qarşı cinayətlər törətmiş ermənilərin “qəhrəman” obrazının aşılanması, onlara abidə qoymaqla faşizm “vətənpərvərlik” əmsalı kimi ictimai şüura təlqin edilir.
Azərbaycan Respublikası Dovlət Təhlukəsizliyi Xidmətinin arxivlərində saxlanılan sənədli materialların araşdırılması zamanı erməni terrorçu-daşnak qüvvələrinin, o cümlədən terrorizm ideologiyasının daşıyıcısı olan “Dasnaksutyun” partiyasının, habelə İkinci Dunya muharibəsi illərində bəşəriyyətə qarşı cinayətlərdə xüsusi amasızlıqla fərqlənmiş erməni milliyyətindən olan şəxslərin qəddar əməlləri çoxsaylı faktlarla təsdiqini tapmışdır.
Bu arxivlərdəki sənədli materialların mütərəqqi dünyanın terrordan və faşizmin fəsadlarından qorunması baxımından elmi-tarixi əhəmiyyətini, Ermənistanın Azərbaycana qarsı yeritdiyi qəsbkarlıq və hərbi təcavüz siyasətinin nəticələrinin beynəlxalq ictimaiyyətə catdırılmasının xususi aktuallıq kəsb etdiyini və bu siyasətin ifsa olunmasında ilkin sənədli mənbələrə istinadın zəruriliyini nəzərə alaraq, Dovlət Təhlukəsizliyi Xidməti arxivlərində saxlanılan sənədli materialların bir qisminin uzərindən məxfiliyin goturulməsi və onların genis ictimaiyyətə acıqlanmasını məqsədəmüvafiq hesab etmişdir. Həmin materialların DTX-nin rəsmi internet səhifəsində yerləsdirilməsinə qərar verilib.
1) DTX arxiv: арх. дело № 65,т.1. (21-22 ,78-83,84-86)
2) DTX arxiv: арх.дело № 65, т.9, с.6-35
3) DTX arxiv: арх.дело № 65, т.12. (2-6,7-11,12-17,20-26,27-28,29-30,39-41
4) DTX arxiv: арх.дело №65, т.5, (с.395)
5) DTX arxiv: литерное дело 164 (10-12, 16-36, 75-77, 78-83, 84,89-92, 93-97, 108-306, 307-311,319-324,354-55) – 1-ci hissə
6) DTX arxiv: литерное дело 164 (10-12, 16-36, 75-77, 78-83, 84,89-92, 93-97, 108-306, 307-311,319-324,354-55)- 2-ci hissə
7) DTX arxiv: ПС-75 (41,47, 48,69-78,99)
8) DTX arxiv: ПС-20795, т. 21, (224-235)
9) DTX arxiv: ПФ № 853 (91-94)
10) DTX arxiv: ПФ 787 (67-70, 83-95)
11) DTX arxiv: ПФ-787 (1-34,,58-63,73-82,92-96)
12) DTX arxiv: ПФ-787-4,(6,7,13,17,18,19,21,25)
13) DTX arxiv: ПФ-787-4(20-22)
14) DTX arxiv: ПФ-861 (7-11)
15) DTX arxiv: список №1, с.3, список№2, с.3