Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan, baş nazir Nikol Paşinyanın başçılıq etdiyi-BMT Baş Assambleyacının 73-cü sessiyasının işində iştirak edəcək nümayəndə heyətinin tərkibində, Nyu-Yorka yola düşüb.
Virtualaz.org bildirir ki, bu barədə “Aysor” məlumat yayıb.
Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov artıq Nyu-Yorkda səfərdədir.
Gözlənilir ki, Azərbaycan və Ermənistan Xarici İşlər nazirliklərinin başçıları görüş keçirəcəklər. Bu informasiyanın rəsmi təsdiqi ilə bağlı xəbər daxil olmasa da, ATƏT-in baş katibi Tomas Qreminqer bir müddət öncə Məmmədyarovun və Mnatsakanyananın gözlənən görüşü haqda açıqlama vermişdi.