Valyuta məzənnəsi

“Bakcell”in baş icraçı direktoru telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb

Tarix:25-09-2018, 09:30

“Bakcell”in baş icraçı direktoru telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell telekommunikasiya sahəsinin yerli və beynəlxalq səviyyədə inkişafına öz töhfəsini vermək məqsədilə dünyanın ən nüfuzlu tədbirlərində iştirak edib.

“Bakcell”in baş icraçı direktoru Nikolai Beckers IBM, “Wipro”, “Ericsson”, “Verizon”, “Etisalat”, “Batelco Group”, “Turk Telecom” və digər nüfuzlu şirkətlərin rəhbərləri ilə birgə “Telecoms World Middle East 2018” beynəlxalq konfransına xüsusi dəvət olunaraq bu sahənin ən mötəbər liderlərindən ibarət məruzəçilər siyahısında yer alıb. Dubay şəhərində 17-18 sentyabr tarixində keçirilmiş “Telecoms World Middle East” tədbiri Yaxın Şərqin ən mühüm və aparıcı telekommunikasiya tədbirlərindən biri hesab olunur. Nikolai Beckers və telekommunikasiya sahəsinin digər tanınmış mütəxəssisləri bir araya gələrək əməkdaşlıq, innovasiya və dünyanın telekommunikasiya ekosisteminin ümumi strategiyasını müzakirə ediblər.

Startap, inkubasiya və telekommunikasiya sahəsinin rəqəmsallaşmasına həsr edilmiş paneldə “Turk Telecom” şirkətinin baş direktoru Paul Doany və Nikolai Beckers telekommunikasiya sənayesinin indiki vəziyyəti və bu sahənin gələcək uğurlarının təmin edilməsində rəqəmsallaşmanın və startapların rolu barəsində danışıblar.

“Rəqəmsallaşmaya hazır olmaq üçün bir sıra tədbirlərin görülməsi zəruridir və sənayenin liderləri əsas və fundamental məsələlərə xüsusi diqqət yetirməlidirlər. İlk növbədə konsolidasiya həyata keçirilməli, biznesin daxili prosesləri və təşkilati strukturu sadələşdirilməlidir. Bildiyiniz kimi, ənənəvi telekommunikasiya operatorları adətən olduqca bürokratik təşkilati struktura malikdir və bu cür strukturda innovasiya və rəqəmsallaşmanın tətbiq edilməsi elə də asan deyil. Bunun həlli yolu isə əsas təşkilatdan kənarında ayrıca bir qurum yaratmaqdır. Bu qurum insanlara öz ideyalarını daha sərbəst şəkildə irəli sürmək imkanı verməli və eksperimentlərə açıq olmaq üçün münbit şərait təmin etməlidir. Bu cür yanaşmanı Bakcell özünün “AppLab” inkubasiya proqramı vasitəsilə nümayiş etdirir”, deyə Nikolai Beckers bildirib.

“Bakcell”in baş icraçı direktoru telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
“Bakcell”in baş icraçı direktoru telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
“Bakcell”in baş icraçı direktoru telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb

Oxunub: 314



XƏBƏR LENTİ