Azərbaycan dilində səslənməsi və tələffüzü çətin olan sözlərin lüğəti hazırlanıb.
AMEA Nəsimi adına Dilçilik İnstitutundan Sfera.az-a verilən məlumata görə, institutun Müasir Azərbaycan dili şöbəsinin aparıcı elmi işçisi dosent Nərgiz Hacıyevanın hazırladığı "Azərbaycan dilinin paronimlər lüğəti” artıq işıq üzü görüb.
Lüğətin elmi redaktorları professorlar Tofiq Hacıyev və İsmayıl Məmmədlidir. Lüğətin rəyçiləri professor Qara Məşədiyev, Nadir Məmmədli və dosent İntizar Salahovadır:
"Azərbaycan dilində çətin tələffüz olunan bir sıra sözlər var ki, bunlar eyni və müxtəlif köklü olaraq, dilçilikdə paronim sözlər adlanır. "Azərbaycan dilinin paronimlər lüğəti” paronimlər barədə yazılan ilk lüğətin genişləndirilmiş şəkli olub, 1600-dan çox sözü əhatə edir. Lüğət "Ön söz”, əlifba sırası ilə düzülmüş paronim sözlər, frazeoloji paronimlər və somatik frazeoloji paronimlərin izahından ibarətdir. Nitqdə bəzən kalambur məqsədilə, bəzən də bilməyərəkdən səhv işlədilən bu sözlərdən bədii ədəbiyyatda geniş istifadə olunur”.
Oxunub: 407