Angela Merkelin Dağlıq Qarabağ münaqişəsinə dair bəyanatı mövcud nizamlanma formatı çərçivəsində nəzərdən keçirilməlidir.
Bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə regiona səfəri zamanı Almaniya kansleri Angela Merkelin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına töhfə verməyə və Berlinin bu məsələdə öz üzərinə hansısa məsuliyyəti götürməyə hazır olduğuna dair bəyanatını şərh edərkən deyib.
"Düşünürəm ki, bu məsələdə birbaşa şəkildə münaqişənin nizamlanmasına cəlb olunan ölkələr qərar verməlidirlər. Və bu məsələ nizamlanma üzrə mövcud formatların işinin effektivliyinin dərk olunması yolu ilə həll edilməlidir. Merkelin bəyanatına da bu faktorların məcmusu çərçivəsində baxılmalıdır", - deyə Zaxarova vurğulayıb.
obyektivxeber.info