Valyuta məzənnəsi

Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozmaqda davam edir

Tarix:10-02-2019, 14:51

Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozmaqda davam edir
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistanın Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Aşağı Əskipara kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli və Zamanlı kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Baş Qərvənd, Yusifcanlı, Füzuli rayonunun Qərvənd və Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Oxunub: 301



XƏBƏR LENTİ