2005-2010-cu illərdə Ukraynanın Prezidenti olmuş Viktor Yuşşenko VII Qlobal Bakı Forumu barədə təəssüratlarını bölüşüb.
O, AZƏRTAC-a müsahibəsində deyib: “Forum barədə təəssüratlarım çox yaxşıdır. Platformalar, mürəkkəb diskussiyalar çox maraqlı və ən başlıcası, aktualdır. Mənim fikrimcə, bu gün deyə bilərik ki, Azərbaycan qitənin, regionun və dünyanın ən aktual məsələlərinə dair qlobal forumu təşkil etməyi bacaran regional liderdir.
Dünən cənab Əliyevlə görüşdük. Onunla danışıqlarımızın yekununa, Azərbaycan-Ukrayna münasibətlərinin perspektivlərinə və ən başlıcası, Qlobal Bakı Forumu çərçivəsində təklif olunan dialoqda iştirak etmək, diskussiya aparmaq imkanına görə çox sevinirəm və məmnunluq duyuram”.
Oxunub: 247