Dərbənd şəhərsalma və planlaşdırma sahəsində Bakının təcrübəsindən istifadə etmək niyyətindədir.
AZƏRTAC xəbər verir ki, bu fikri jurnalistlərə açıqlamasında Dərbənd şəhər dairəsinin başçısı Hizri Abakarov bildirib.
H.Abakarov vurğulayıb ki, nümayəndə heyəti tarixi binaların bərpası sahəsində təcrübəni öyrənmək üçün Azərbaycan memarları ilə görüşmək niyyətindədir.
Maqas şəhərinin meri Beslan Tseçoyev Bakının gözəlliyinə valeh olduğunu vurğulayıb. O qeyd edib ki, Bakı müasirlik və qədimliyin sintezi olan bir şəhərdir və bu mənzərə çox gözəldir.
Oxunub: 218