..Türkiyə Respublikasının Milli Bayramı – Respublika Günü həm bir Ananın digər oğlu olan Azərbaycan üçün də bayramıdır, qürurverici bir Gündür.
Qardaş Türkiyənin hər bir uğuru Azərbaycanın da uğurudur. Prezident İlham Əliyevin vurğuladığı kimi Biz Türkiyənin uğurlarına öz uğurlarımız qədər sevinirik.
... Azərbaycan – Türkiyə münasibətləri milli, mənəvi və mədəni dəyərləri ilə bir-birinə eyni köklərlə bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanır. Hazırda dünyada bir-birinə bu qədər yaxın olan ikinci bir nümunə göstərmək mümkün deyil.
... Türk dünyasının böyük oğlu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, Ümummilli lider Heydər Əliyevin “Bir millət iki dövlət” ifadələri münasibətlərimizin əsl mahiyyətini əks etdirir.
... Türkiyənin həmişə Azərbaycan xalqının yanında olması böyük dostluğumuzun, qardaşlığımızın ifadəsi və həmrəyliyimizin rəmzidir. Bu gün Azərbaycanla Türkiyə arasında bütün sahələrdə əməkdaşlıq ən yüksək səviyyədədir.
... Azərbaycan ilə Türkiyə arasında uzun illərin sınağından çıxmış dostluq və qardaşlıq münasibətləri hər iki dövlətin strateji hədəflərinə çatmasında mühüm rol oynayacaqdır.
... Hər bir Azərbaycan vətəndaşı qardaş Türkiyə xalqını və dövlətini səmimi qəlbdən təbrik edir, Türkiyəyə daim sülh, firavanlıq, yeni nailiyyətlər və çiçəklənmə arzulayır.
Vaqif Abdullayev: