Valyuta məzənnəsi

Parlament seçkilərində iştirak üçün indiyə qədər neçə namizəd müraciət edib?

Tarix:12-12-2019, 10:30

Parlament seçkilərində iştirak üçün indiyə qədər neçə namizəd müraciət edib?"Azərbaycanda fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak üçün indiyə qədər 50-ə yaxın namizəd müraciət edib".

yenian.info Trend-ə istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Komissiyanın bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, müraciət edən şəxslərin 7-nin namizədliyi artıq təsdiq olunub.

Qeyd edək ki, bu gün Yeni Azərbaycan Partiyası, Ümid Partiyası və Vətəndaş Həmrəyliyi Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması ilə bağlı müraciətə baxılıb.

Müzakirələrdən sonra müraciətlər səsə qoyularaq qəbul edilib.

Azərbaycanda növbədənkənar parlament seçkiləri gələn il fevralın 9-da keçiriləcək.

Oxunub: 337



XƏBƏR LENTİ