Valyuta məzənnəsi

Almaniya BQXK-nin Dağlıq Qarabağdakı fəaliyyətinə 2 milyon avro ayırıb

Tarix:25-11-2020, 19:28


Almaniya BQXK-nin Dağlıq Qarabağdakı fəaliyyətinə 2 milyon avro ayırıb


Almaniya hökuməti Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) Dağlıq Qarabağdakı fəaliyyəti üçün 2 milyon avro vəsait ayırıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə YeniAN.info bildirir ki, bu barədə Almaniya Federal Hökumətinin İnsan Haqları üzrə Komissarı Berbel Koflerin yaydığı açıqlamada bildirilib.

"Altı həftəlik şiddətli döyüşlərdən sonra noyabrın 9-da Azərbaycan və Ermənistan arasında atəşkəs razılaşmasının əldə olunmasını alqışlayıram.

Almaniya Federal Hökumətinin 2 milyon avro vəsait ayırdığı BQXK-ya yorulmaz fəaliyyətinə görə təşəkkür edirəm. Yardımın təcili çatdırılması üçün BQXK və digər humanitar təşkilatların insanlarla maneəsiz əlaqə qura bilməsi vacibdir", -deyə B.Kofler bildirib.


YeniAN.info

Oxunub: 226



XƏBƏR LENTİ