Valyuta məzənnəsi

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Tarix:7-12-2020, 19:05


Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilsin:

polkovnik Ağamir Əzizxan oğlu Sultanova
polkovnik Anar Təvəkkül oğlu Kərimova
polkovnik Namiq Sərəfruz oğlu İslamzadəyə
polkovnik Zaur Sabir oğlu Məmmədova.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 dekabr 2020-ci il.


YeniAN.info
Oxunub: 180



XƏBƏR LENTİ