Valyuta məzənnəsi

Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib - VİDEO

Tarix:14-04-2021, 22:21

Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci ilin döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələrinin Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib.

Müdafiə Nazirliyindən YeniAN.az-a bildirilib ki, təlimlərdə şəxsi heyət şərti düşmən hədəflərini aşkarlayaraq onların S-125 zenit-raket komplekslərindən məhv edilməsi tapşırıqlarını müvəffəqiyyətlə icra edib.

Təlimlərin əsas məqsədi şəxsi heyətin praktiki vərdişlərinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsidir.

Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib - VİDEOZenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib - VİDEO
Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib - VİDEO



YeniAN.az

Oxunub: 110



XƏBƏR LENTİ