Valyuta məzənnəsi

Azərbaycan və Pakistan HHQ-i arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Tarix:17-06-2021, 23:07

Azərbaycan və Pakistan HHQ-i arasında əməkdaşlıq məsələləri müzakirə edilib

İyunun 17-də Azərbaycan Respublikası Müdafiə nazirinin müavini-Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov Azərbaycanda səfərdə olan Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələrinin (HHQ) Aviasiya vitse marşalı Tariq Ziyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən YeniAN.az-a verilən məlumata görə, əvvəlcə Pakistanın nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edərək ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarları üzərinə əklil və gül dəstələri qoyub, xatirələrinin ehtiramla anıb.

Azərbaycan hərbi pilotlarının Pakistanın HHQ Akademiyasında təhsilindən məmnunluğunu ifadə edən general-leytenant R.Tahirov ölkələrimizin hərbi aviasiya sahəsində əməkdaşlığının və HHQ-i arasında əlaqələrin inkişaf etməsinin ordularımızın döyüş qabiliyyətinin daha da güclənməsinə töhfə verdiyini bildirib.

Görüşdə Azərbaycan-Pakistan əlaqələrinin yüksələn xətlə inkişaf etməsindən və strateji tərəfdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub.

Pakistan nümayəndə heyətinin rəhbəri Vətən müharibəsində qazanılan qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib, şəhid olan hərbi qulluqçulara və mülki şəxslərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyib.

Tərəflər Azərbaycan və Pakistan HHQ-i arasında hərbi, hərbi təhsil və hərbi-texniki sahələrdə əməkdaşlığının inkişaf perspektivlərini, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Azərbaycan və Pakistan HHQ-i arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Azərbaycan və Pakistan HHQ-i arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Azərbaycan və Pakistan HHQ-i arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Azərbaycan və Pakistan HHQ-i arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Azərbaycan və Pakistan HHQ-i arasında əməkdaşlıq məsələləri müzakirə edilib

YeniAN.az

Oxunub: 158



XƏBƏR LENTİ