Valyuta məzənnəsi

Azərbaycan Respublikasının Müdafiə naziri Türkiyə Respublikasına səfərə gedib

Tarix:16-08-2021, 12:58

Azərbaycan Respublikasının Müdafiə naziri Türkiyə Respublikasına səfərə gedib

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akarın dəvətilə İstanbul şəhərində keçiriləcək “İDEF - 2021” Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün Türkiyə Respublikasına yola düşüb.

Müdafiə Nazirliyindən YeniAN.az-a verilən məlumata görə, müdafiə naziri “İDEF - 2021” Beynəlxalq Müdafiə Sərgisində nümayiş etdirilən müxtəlif şirkətlərin istehsalı olan silah, texnika və hərbi təyinatlı vasitələrə baxış keçirəcək.

Səfər çərçivəsində Müdafiə nazirinin bir sıra görüşləri planlaşdırılır.

YeniAN.az

Oxunub: 129



XƏBƏR LENTİ