Valyuta məzənnəsi

Ermənistan silahlı qüvvələri Tovuz rayonu istiqamətindəki mövqelərimizi atəşə tutub

Tarix:18-11-2021, 11:30

Ermənistan silahlı qüvvələri Tovuz rayonu istiqamətindəki mövqelərimizi atəşə tutub


Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 17-si saat 17:54-dən 22:52-dək Şəmşəddin rayonunun Çinarlı, Muğancıq kəndləri istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Muncuqlu, Ağbulaq, Qoşa, Koxanəbi və Əsrik Cırdaxan kəndləri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutublar.

Müdafiə Nazirliyindən YeniAN.az-a verilən məlumata görə, qarşı tərəf cavab atəşi ilə susdurulub.

YeniAN.az

Oxunub: 211



XƏBƏR LENTİ