Valyuta məzənnəsi

Baş nazir Əli Əsədov ilə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili arasında telefon danışığı olub

Tarix:14-02-2022, 14:30

Baş nazir Əli Əsədov ilə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili arasında telefon danışığı olub

Fevralın 14-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili arasında telefon danışığı olub.

Nazirlər Kabinetindən YeniAN.az-a verilən məlumata görə, telefon danışığı zamanı Gürcüstanda baş vermiş zəlzələ ilə bağlı narahatlıq və həmrəylik ifadə edilib.

Eyni zamanda Azərbaycan-Gürcüstan dostluq münasibətlərinin müxtəlif sahələrdə inkişafı yüksək qiymətləndirilib, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

YeniAN.az

Oxunub: 144



XƏBƏR LENTİ