Valyuta məzənnəsi

Volodimir Zelenski İlham Əliyevə zəng edib

Tarix:28-03-2022, 20:16

Volodimir Zelenski İlham Əliyevə zəng edib

Martın 28-də Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikasının Prezident İlham Əliyevə zəng edib.

YeniAN.az xəbər verir ki, söhbət zamanı Prezident Volodimir Zelenski dövlətimizin başçısını Ukraynadakı vəziyyət barədə məlumatlandırıb.

Prezidentlər humanitar dəhlizlərin yaradılması və sülh danışıqlarının davam etdirilməsinin vacibliyini qeyd ediblər.

Telefon danışığı əsnasında Prezident Volodimir Zelenski tibbi ləvazimatlar daxil olmaqla, Ukraynaya göstərilən humanitar yardıma görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan daim humanitar məsələlərə böyük önəm verir və xüsusi diqqətlə yanaşır.

YeniAN.az

Oxunub: 107



XƏBƏR LENTİ