Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransa Respublikasının yeni seçilən Prezidenti Emmanuel Makrona təbrik məktubu ünvanlayıb.
YeniAN.az-ın verdiyi məlumata görə, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Fransa Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.
Bu il Azərbaycan ilə Fransa arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunur. İqtisadiyyat, energetika, o cümlədən neft-qaz yataqlarının istismarı, mədəniyyət, təhsil və qarşılıqlı maraq doğuran bir sıra digər sahələrdə uğurlu əməkdaşlıq əlaqələrimizi şərtləndirən başlıca amillərdəndir. Bu əməkdaşlığın bundan sonra da xalqlarımızın mənafeyi naminə birgə səylərimizlə davam etdiriləcəyinə inanıram.
Ümidvarıq ki, hazırda Avropa İttifaqına sədrlik edən Fransa Respublikası Cənubi Qafqazda davamlı sülhün və sabitliyin təmin olunması məqsədilə Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması, tərəfimizdən təqdim edilən beş prinsip əsasında ölkələr arasında sülh müqaviləsinin hazırlanması prosesinə öz dəstəyini verəcəkdir.
Sizə ən xoş arzularımı yetirir, qarşıdakı fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 aprel 2022-ci il."
YeniAN.az