Valyuta məzənnəsi

Xarici işlər nazirinin müavini Fariz Rzayev İsveç Krallığında işgüzar səfərdədi

Tarix:20-05-2022, 19:15

Xarici işlər nazirinin müavini Fariz Rzayev İsveç Krallığında işgüzar səfərdədi

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Fariz Rzayev 18-19 may 2022-ci il tarixlərində İsveç Krallığına işgüzar səfər edib.

Xarici İşlər Nazirliyindən YeniAN.az-a verilən məlumata görə, səfər çərçivəsində İsveç xarici işlər naziri Ann Linde, İsveç Parlamentinin spikeri Andreas Norlen və xarici işlər nazirinin müavini Maqnus Nilson ilə görüşlər keçirilib.

Görüşlər zamanı Azərbaycan və İsveç arasında diplomatik əlaqələrin qurulmasının 30-cü ildönümünün hər iki paytaxtda silsilə tədbirlərlə birgə qeyd olunmasının önəmi vurğulanıb, ikitərəfli əlaqələrin hazırkı durumu və inkişaf perspektivləri müzakirə edilib və Cənubi Qafqazda post-münaqişə dövründə gedən proseslər haqqında fikir mübadiləsi aparılıb.

İsveç Beynəlxalq Məsələlər İnstitutu, Stokholm Şərqi Avropa Araşdırmaları İnstitutu (SCEEUS) və Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SİPRİ) rəhbərləri və tədqiqatçıları ilə keçirilmiş dəyirmi masalarda əsas müzakirə mövzusu post-münaqişə dövründə Cənubi Qafqazda gedən normallaşma prosesləri və bu xüsusda beynəlxalq tərəfdaşların oynaya biləcəyi rol ətrafında olub.

Səfər çərçivəsində, Azərbaycan və İsveç arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibəti və iki ölkənin xarici işlər nazirlərinin müavinləri Fariz Rzayev və Maqnus Nilsonun iştirakı ilə Stokholmun Nobel Mükafatı Muzeyində İsfar Sarabski Caz Triosunun konserti və diplomatik qəbul keçirilib.

Xarici işlər nazirinin müavini Fariz Rzayev İsveç Krallığında işgüzar səfərdədi
Xarici işlər nazirinin müavini Fariz Rzayev İsveç Krallığında işgüzar səfərdədi
Xarici işlər nazirinin müavini Fariz Rzayev İsveç Krallığında işgüzar səfərdədi
Xarici işlər nazirinin müavini Fariz Rzayev İsveç Krallığında işgüzar səfərdədi

YeniAN.az

Oxunub: 53



XƏBƏR LENTİ
Cəlilabadda yol qəzasında 4 nəfər xəsarət alıb - FOTO
Azərbaycan və Qazaxıstan Xəzər dənizində birgə təlim keçirir
Heydər Əliyev xanımı ilə Astronavtika Konqresində
1 milyon insan ETİRAZ ETDİ
Kadırov səhhəti barədə danışdı
Ermənistanda revanşist qüvvələr Azərbaycana qarşı fəaliyyətlərini davam etdirirlər - Deputat
Əlimizdə erməni yalanları ilə bağlı kifayət qədər sübutlar var - Spiker
Qənirə Paşayeva Milli Məclisdə yad edildi
Prezident: Azərbaycanın əsrlər boyu çoxmillətli, çoxdinli, çoxkonfessiyalı cəmiyyəti olub
Vətən müharibəsinin xronikası: - 2 OKTYABR
Azərbaycanda kosmik sahəni inkişaf etdirməyə davam edirik PREZİDENT İLHAM ƏLİYEV
Daşkənddə Özbəkistan-Azərbaycan səhiyyə dekadası başlayıb, səhiyyə forumu keçiriləcək
Hikmət Hacıyev: "Qarabağda etnik təmizləmə və soyqırımı həyata keçirilmir"
Bu gün Milli Məclisin payız sessiyası başlayır
İlham Əliyev və Mehriban Əliyeva 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində iştirak edirlər
Baş prokuror: “Vaqif Xaçaturyan barəsində cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq Bakı Hərbi Məhkəməsinə göndərilib”
Britaniya sualtı qayığın tikintisi üçün dörd milyard funt sterlinq dəyərində müqavilə imzalayıb
Meksikada kilsə uçub, 9 nəfər ölüb, azı 40 nəfər yaralanıb
Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxs ölüm cəzasına məhkum edilib