Valyuta məzənnəsi

Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutulub

Tarix:21-06-2022, 08:30

Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutulub

Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 20-si gecə saatlarından başlayaraq iyunun 21-i səhər saatlarınadək dövlət sərhədinin Qarakilsə rayonunun Saybalı, Basarkeçər rayonunun Aşağı Şorca yaşayış məntəqələrində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Minkənd və Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Müdafiə Nazirliyindən YeniAN.az-a verilən məlumata görə, ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

YeniAN.az

Oxunub: 118



XƏBƏR LENTİ