Valyuta məzənnəsi

Azərbaycan XİN: "İran polisinin müdaxilə etməməsi terror aktının əvvəlcədən planlaşdırıldığını ehtimal etməyə əsas verir"

Tarix:6-02-2023, 16:51

 
 
Ads by 
0
Reklamınızı SmartBee ilə effektiv edin.

İranda səfirliyimizə silahlı hücum edən terrorçu saxlanılarkən onunla cinayətkar kimi rəftar edilməyib. İran polisinin terror aktına müdaxilə etməməsi hadisənin əvvəlcədən planlaşdırılmış olduğunu ehtimal etməyə əsas verir.

YeniAN.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bu gün keçirdiyi brifinqdə bildirib.

XİN rəsmisinin sözlərinə görə, İran tərəfdən səfirliyimizə hücum edən şəxsin daha əvvəl hansı fəaliyyətlə məşğul olması, hansısa bir təşkilata üzv olması barədə heç bir rəsmi məlumat daxil olmayıb: "Əldə edilmiş videogörüntülər və digər bütün sübutlar hadisənin mütəşəkkil formada həyata keçirildiyini göstərir". 

A.Hacızadə əlavə edib ki, terrorçu cinayəti törətməzdən əvvəl avtomobili ilə iki dəfə səfirliyin qarşısından keçib. 

"08:34-də İran polisinə məxsus nəqliyyat vasitəsi səfirliyin yanına gəlsə də, giriş qapısının yanındakı polis əməkdaşı ilə bir neçə saniyəlik söhbətdən sonra ərazidən uzaqlaşıb. Terrorçu 4 dəqiqə ərzində, yəni 08:36-ya qədər səfirliyin bir əməkdaşını qətlə yetirib, iki əməkdaşını yaralanıb”-XİN rəsmisi qeyd edib.

Ayxan Hacızadə Vasif Tağıyevin terrorçunun əlindən avtomatı aldığını diqqətə çatdırıb. Onun sözlərinə görə, lakin bu dəfə terrorçu üzərində daşıdığı tapança ilə Vasif Tağıyevi çənəsindən yaralayıb.

Oxunub: 131



XƏBƏR LENTİ
“Azərbaycan azsaylı dövlətlərdəndir ki, uzaqgörən və qətiyyətli siyasi liderə malikdir” - Təmraz Tağıyev
Əliyevlə Paşinyan nəyi müzakirə ediblər?
Fotonun içindəki foto...
4 yaşlı uşaq kirayə tutduqları villanın hovuzunda boğuldu
Məktəblərdə rus bölmələrinin bağlanması məsələsinə nazirdən - Münasibət
Nazir: "Sertifikasiya prosesi zamanı beş nəfər imtahana telefon keçirmək istəyib"
Erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir
Şəmkirdə müəlliməni məktəbdən qaçıran dəstə azadlığa buraxıldı
Əbu-Dabi görüşündə diqqətçəkən MƏQAM - Mustafayev və Qriqoryan da iştirak edirlər
Əbu-Dabidə İlham Əliyevin Nikol Paşinyanla görüşü başlayıb
Ötən gün 28 nəfər Almaniyadan Azərbaycana readmissiya olunub
Onkologiyada inqilab: Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
Azərbaycan neftinin qiyməti 75 dolları ötüb
Saraydan sonrakı həyat: Harri və Meqan xərcləri azaltmaq üçün əməkdaşları işdən çıxarırlar
Ceyhun Bayramov diplomatları peşə bayramı münasibətilə təbrik edib
Şəmkirdə 39 yaşlı kişi küçədə bıçaqlandı
Qvatemalada güclü zəlzələ: İki nəfər öldü, yüzlərlə yaralı var
Vətən müharibəsindən sağ qayıtsa da, bir iynənin qurbanı oldu - Sübhanın ölümündə günahkar kimdir?
Klublararası dünya çempionatında son finalçı bəlli olur: PSJ "Real Madrid"lə üz-üzə