Valyuta məzənnəsi

İranda səfirliyimizə qarşı terror aktının qarşısının alınmasında iştirak etmiş şəxslər təltif edildilər SƏRƏNCAM

Tarix:6-02-2023, 17:23

Fevralın 3-də Prezident İlham Əliyev Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilmiş terror aktının qarşısının alınmasında iştirak etmiş şəxslərin təltif olunması ilə bağlı Sərəncam imzalayıb.

YeniAN.az xəbər verir ki, Sərəncama əsasən, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş terror aktının qarşısının alınması zamanı həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borcu yerinə yetirərkən mərd və qətiyyətli hərəkətlərinə görə Tağıyev Vasif Natiq oğlu 1-ci dərəcəli "Rəşadət” ordeni ilə təltif olunub. Həmçinin Əsgərov Orxan Rizvan oğlu (ölümündən sonra) və İmanov Mahir Kamil oğlu "Vətən uğrunda” medalına layiq görülüblər.İlham Əliyev onlara YÜKSƏK VƏZİFƏ VERDİ – SumqayitXeber.Com

Oxunub: 78



XƏBƏR LENTİ