Mən ölkələrimiz arasında təhlükəsizlik, iqtisadiyyat, energetika və turizm sahələrində münasibətlərin möhkəmləndirilməsi üçün Azərbaycana mühüm səfərə gəlmişəm.
YeniAN.az xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Eli Kohen bildirib.
O bildirib ki, Azərbaycan İsrailin strateji tərəfdaşdır və İsraildə səfirlik açan ilk şiə müsəlman ölkəsidir.
Qeyd edək ki, Eli Kohen Azərbaycana səfərə gəlib. O, bu gün iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşüb.