Valyuta məzənnəsi

Lavrovun müavini: Ermənistan-Azərbaycan normallaşması prosesi "yerdə" problemlərsiz gedə bilməz

Tarix:4-05-2023, 12:49

Lavrovun müavini: Ermənistan-Azərbaycan normallaşması prosesi

Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi "yerdə" problemlərsiz gedə bilməz.

YeniAN.az  xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin "İzvestiya"ya müsahibəsində bildirib.

 

Onun sözlərinə görə, hər şeydən öncə, məhz Prezident Vladimir Putinin səyləri sayəsində o zaman qaynar münaqişəni söndürməyə nail olunub.

 

"Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli bəyanatında atəşkəsdən və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində hərəkətin başlanmasından və sülhməramlı kontingentin yerləşdirilməsindən söhbət gedir. Burada söhbət dörd əsas sahədə dialoq vasitəsilə irəliləyişdən gedir. Bunlar regionda nəqliyyat və iqtisadi əlaqələrin açılması, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanması məqsədi ilə dialoq, iki ölkə arasında sərhədin delimitasiyası və ictimai və parlamentlərarası xətlər vasitəsilə əlaqələrin qurulmasıdır. Hansı ki, bunlarsız ikitərəfli münasibətlərin tam normallaşmasından danışmaq çətindir. Nizamlamanın əsas elementləri, yəni atəşkəs və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində hərəkətin əsas istiqamətlərinin formalaşdırılması, bütün bu prinsiplər yalnız Rusiya və onun Prezidentinin vasitəçilik missiyası sayəsində formalaşdırılıb və həyata keçirilməyə başlanıb. Bu, özlüyündə artıq mühüm nailiyyətdir", deyə rusiyalı diplomat vurğulayıb.

 

Qaluzin qeyd edib ki, bütün bu illər ərzində Rusiya dörd sahədə konkret əməli səylər göstərməyə çalışıb və onların hər birində ciddi potensial və gələcək irəliləyiş üçün əsaslar yaradılıb.

"Anlaşılandır ki, Qarabağda və onun ətrafında baş verənlər kimi köhnəlmiş və həssas münaqişə vəziyyətlərinin həlli, əgər hadisələrə real baxsanız, "yerdə” problemlərsiz gedə bilməz".

Oxunub: 17



XƏBƏR LENTİ
Heydər Əliyevin adına parkın salınması üçün “Odlar-Yurdu” Mərkəzi və Nevinnominsk şəhəri arasında inkişaf edən əməkdaşlıq”
YAŞAR ŞİRVANİ – 65
XİN rəhbəri: “Vaşinqtonda sülh danışıqları üzrə razılaşdırılmış maddələrin sayı artıb”
Roma Papasının nümayəndəsi bu gün Kiyevə səfər edəcək
Ermənistan XİN rəhbəri: “Qarabağın statusu ilə bağlı danışıqlar aparmağa iddialı deyilik”
XİN rəhbəri: “Bəzi tərəflərin yanaşması sülh prosesi üzrə razılığın tez əldə olunmasına xidmət etmir”
Qazi Əbülfət Kərimov təltif olundu
Xalq şairi Səməd Vurğunun anım günüdür
Terror törətməyə hazırlaşan erməni diversantlar barədə Baş Prokurorluq və DSX-nin BİRGƏ MƏLUMATI
Dünya liderlərindən İlham Əliyevə təbrik məktubları
Yavər Rüstəmov Ad gününüz mübarək!
Azərbaycanın Müstəqillik Günü
Ana vətən partiyasının Abşeron rayon təşkilatının sədri Elçin Quliyev ilə Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Haye arasında görüş keçirilib
Metyu Brayza: Paşinyan sülh sazişinin imzalanmasını istəyir, ancaq qorxur
Füzulidə içməli su təchizatı, kanalizasiya və yağış suları sistemləri kompleksinin təməli qoyulub
Serbiyada 8 nəfəri qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb
Ukrayna daha 80 hərbçisinin meyitini geri qaytarıb
Siyəzəndə istirahət mərkəzi yandı FOTOLAR
Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş pul nişanları buraxılıb FOTO