Valyuta məzənnəsi

Sumqayıt və Abşeron məktəbləri qışda istiliksiz qala bilər-700 minlik borc niyə yaranıb

Tarix:21-08-2018, 12:27

Sumqayıt və Abşeron məktəbləri qışda istiliksiz qala bilər-700 minlik borc niyə yaranıb


Bu ilin avqustu ötən illərə nisbətən çox sərin keçir. Ehtimal olunur ki, payız mövsümü də əvvəlkilərdən daha çox soyuq keçəcək.
Bəs məktəblərdə istilik sistemlərinin verilməsi nə vəziyyətdədir? Paytaxt Bakıda bununla bağlı elə bir ciddi problem olmur.
Məktəblərin istilik sistemi ilə təmin edilməsi "Azəristiliktəchizat”la Bakı Şəhəri üzrə Təhsil İdarəsi arasında bağlanan müqaviləyə əsasən tənzimlənir.
Azəristiliktəchizat” ciddi bir qurumdur və öhdəlikləri yerinə yetirir.
Abşeron və Sumqayıtda isə vəziyyət bu il qəliz ola bilər.
Azerinfo.tv-yə verilən məlumata görə Sumqayıt şәhәri vә Abşeron rayon mәktәblәrinin qışda istiliklә tәhcizatını Xırdalan şәhәrindә yerlәşәn "Mahmud" Kәndli Fermer Tәsәrrüfatı hәyata keçirir.
Bu şirkətin hal-hazırda “Azəriqaz”a 700 min manat borcu yaranıb. Həmin məbləği Təhsil Nazirliyi "Mahmud" Kәndli Fermer Tәsәrrüfatına ödəyib. Pulların hansı istiqamətdə şirkət tərəfindən xərclənməsi məlum deyil.
Bir o məlumdur ki, Abşeronda ötən qış bəzi məktəblərdə istilik olmasa da direktora istiliyin verilməsi barədə məcburi qol çəkdiriblər.
İndi isə borc səbəbindən bötöv Sumqayıt və Abşeron məktəbləri istiliksiz qala bilər.
"Mahmud" Kәndli Fermer Tәsәrrüfatının kimə məxsus olması, arxasındakı vəzifəli şəxs və diğər faktlar barədə araşdırmamız olacaq.

Oxunub: 403



XƏBƏR LENTİ