Valyuta məzənnəsi

"Təcili yardım monopoliyaya alınıb" - Sabiq deputat

Tarix:11-09-2018, 13:42

"Təcili yardım monopoliyaya alınıb" - Sabiq deputat

Sabiq deputat, “LoğMed” klinikasının sahibi Nazim Bəydəmirli kiçik klinikaların bəzi problemlərindən danışıb.

Cebhe.info-nun xəbərinə görə, o, bildirib ki, bu tip tibb ocaqlarında stasionar şöbələrə lissenziyanın verilməməsi klinikaların fəaliyyətində poblemlərin yaranmasına səbəb olur: “Bizim kimi balaca klinikaların əksəriyyətinə monopoliya səbəbindən stasionar şöbələrə lisenziyalar verilmədiyindən, klinika adlansaq da, əslində poliklinika, diaqnostika mərkəzi kimi fəaliyyət göstərməyə məhkum olmuşuq və ağır xəstələri qəbul edə bilmirik ki, müalicə edək.

Bir qədər əvvəl belə təcili stasionara yerləşdirməli bir xəstə müraciət edib, Həkimlərimiz sağ olsunlar vəziyyətdən çıxardıblar.

Xəstəyə təcili yardım çağırılıb, bir neçə dəfə təkrar zəng edilib. Təkidlərdən sonra təcili yardım 50 dəqiqəyə gəlib. Ona qədər az qala xəstə keçinəcəkmiş.

Dövlət xəstəxanaları, Təcili Tibbi Yardım Stansiyası və "məmur sahibkarlığına" aid olan klinikalar təcili yardımı da monopoliyaya alıblar. Təcili yardımda özəl klinikalardan belə çağırışlara məhəl qoymurlar. "Özünüz müalicə edin həkim yoxdurmu " deyə cavab verirlər”.

Nazim Bəydəmirli Səhiyyə Nazirliyinə bu hadisə ilə bağlı şikayət ediləcəyini bildirir.

Oxunub: 631



XƏBƏR LENTİ