Valyuta məzənnəsi

Bələdiyyələrin işi ilə bağlı aparılan araşdırmalarda bir sıra nöqsanlar aşkarlanıb

Tarix:12-02-2019, 16:00

Bələdiyyələrin işi ilə bağlı aparılan araşdırmalarda bir sıra nöqsanlar aşkarlanıb
Bələdiyyələrin işində əldə olunmuş irəliləyişə baxmayaraq, bu sahədə bir sıra nöqsanlara və qanun pozuntularına yol verilib. Aparılan 26 araşdırma zamanı aşkar edilən qanun pozuntuları ilə bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib.

AZƏRTAC xəbər verir ki, bu sözləri fevralın 12-də Milli Məclisin plenar iclasında ədliyyə nazirinin müavini Vilayət Zahirov deyib. Nazir müavini qeyd edib ki, həmin materiallardan 18-i üzrə cinayət işi başlanılıb, digərləri isə baxılmaqdadır.
Oxunub: 289



XƏBƏR LENTİ