Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Quba rayonunda fərdi təsərrüfatlardan birində saxlanılan qonur ayını götürərək Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası və Reabilitasiyası Mərkəzinə təhvil veriblər.