Valyuta məzənnəsi

Azərbaycanın şimal və cənub bölgələrindən olan din xadimləri birgə namaz qılıblar

Tarix:24-04-2019, 12:56

Azərbaycanın şimal və cənub bölgələrindən olan din xadimləri birgə namaz qılıblarMənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə “Vəhdət dəyərimizdir” layihəsi çərçivəsində Lənkəran şəhərində həyata keçirilən və 23-25 aprel tarixlərini əhatə edən seminar davam edir. Seminarda Quba, Qusar, Siyəzən, Şabran, Xaçmaz, Masallı, Yardımlı, Astara, Lerik və Lənkəran rayonlarından olan dini icma sədrləri və din xadimləri iştirak edirlər.

Fonddan AZƏRTAC-a bildiriblər ki, seminar çərçivəsində Azərbaycanın şimal və cənub bölgələrindən olan din xadimləri Lənkəran şəhəri Böyük Bazar “Cümə” məscidində və Kiçik Bazar “Hüseyniyyə” məscidində birgə namaz qılıblar.

Seminarın ikinci günündə Azərbaycan İlahiyyat İnstitutunun prorektoru Aqil Şirinovun “Azərbaycanda birgəyaşayış ənənəsi”, Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq kafedrasının müdiri Əhməd Niyazovun “İslam məktəblərində ortaq dəyərlər” və Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyevin “Azərbaycanda dövlət-din münasibətləri” mövzusunda mühazirələri dinlənilib.

Aprelin 24-də seminar iştirakçıları üçün Heydər Əliyev adına xatirə parkı və Heydər Əliyev Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi və Həzi Aslanovun ev muzeyi ilə tanışlıq, eləcə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanan “Vəhdət qanımızdadır” adlı sənədli filminin nümayişi nəzərdə tutulub.

Oxunub: 232



XƏBƏR LENTİ