Valyuta məzənnəsi

Ağdamda Qarabağ müharibəsi əlilinə və şəhid atasına fərdi ev verilib

Tarix:22-12-2019, 20:55

[justify]


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün respublikamızın bölgələrində inşa edilən fərdi evlərdən ikisi Ağdam rayonunda sahiblərinə təqdim edilib.
Ağdamda Qarabağ müharibəsi əlilinə və şəhid atasına fərdi ev verilib
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə keçirilən mərasimlərdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri Baxşeyiş Hətəmli çıxış edərək ölkəmizdə Qarabağ müharibəsi veteranlarının, əlillərin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlərdən danışıblar. Bildirilib ki, ulu öndər Heydər Əliyev Qarabağ müharibəsi veteranlarına, əlillərə və şəhid ailələrinə həmişə diqqət və qayğı ilə yanaşır, onların problemlərinin həllinə çalışırdı. Ümummilli Liderin bu siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu qəbildən olan insanların həyat şəraitinin, güzəranının yaxşılaşdırılması üçün konkret tədbirlər görülür. Ağdam rayonunda altımərtəbəli, 54 mənzilli bina Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilib. Bundan başqa, onlarla müharibə veteranı, əlil və şəhid ailəsi fərdi evlərlə və minik avtomobilləri ilə təmin olunub. 2019-cu ildə rayonda həmin kateqoriyadan olan vətəndaşlara 20 mənzilin verilməsi tutulub. Artıq həmin evlərdən 4-ü şəhid ailələrinə və müharibə əlillərinə təqdim edilib. Tezliklə 16 fərdi ev də sahiblərinə təqdim olunacaq.

Yeni fərdi yaşayış evi ilə təmin olunan şəhid atası Rəşid Əliyev və Qarabağ müharibəsi əlili Akif Hacıyev onların sosial müdafiəsinin gücləndirilməsinə göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Sonra mərasim iştirakçıları mənzillərdə yaradılan şəraitlə tanış olublar.


Ağdamda Qarabağ müharibəsi əlilinə və şəhid atasına fərdi ev verilibAğdamda Qarabağ müharibəsi əlilinə və şəhid atasına fərdi ev verilib
Ağdamda Qarabağ müharibəsi əlilinə və şəhid atasına fərdi ev verilib
Ağdamda Qarabağ müharibəsi əlilinə və şəhid atasına fərdi ev verilib
Ağdamda Qarabağ müharibəsi əlilinə və şəhid atasına fərdi ev verilib

Oxunub: 464



XƏBƏR LENTİ
“Azərbaycan azsaylı dövlətlərdəndir ki, uzaqgörən və qətiyyətli siyasi liderə malikdir” - Təmraz Tağıyev
Əliyevlə Paşinyan nəyi müzakirə ediblər?
Fotonun içindəki foto...
4 yaşlı uşaq kirayə tutduqları villanın hovuzunda boğuldu
Məktəblərdə rus bölmələrinin bağlanması məsələsinə nazirdən - Münasibət
Nazir: "Sertifikasiya prosesi zamanı beş nəfər imtahana telefon keçirmək istəyib"
Erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir
Şəmkirdə müəlliməni məktəbdən qaçıran dəstə azadlığa buraxıldı
Əbu-Dabi görüşündə diqqətçəkən MƏQAM - Mustafayev və Qriqoryan da iştirak edirlər
Əbu-Dabidə İlham Əliyevin Nikol Paşinyanla görüşü başlayıb
Ötən gün 28 nəfər Almaniyadan Azərbaycana readmissiya olunub
Onkologiyada inqilab: Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
Azərbaycan neftinin qiyməti 75 dolları ötüb
Saraydan sonrakı həyat: Harri və Meqan xərcləri azaltmaq üçün əməkdaşları işdən çıxarırlar
Ceyhun Bayramov diplomatları peşə bayramı münasibətilə təbrik edib
Şəmkirdə 39 yaşlı kişi küçədə bıçaqlandı
Qvatemalada güclü zəlzələ: İki nəfər öldü, yüzlərlə yaralı var
Vətən müharibəsindən sağ qayıtsa da, bir iynənin qurbanı oldu - Sübhanın ölümündə günahkar kimdir?
Klublararası dünya çempionatında son finalçı bəlli olur: PSJ "Real Madrid"lə üz-üzə