Valyuta məzənnəsi

314 yeni koronavirus infeksiyasına yoluxma, 4 ölüm faktı qeydə alınıb

Tarix:7-06-2020, 23:26

314 yeni koronavirus infeksiyasına yoluxma, 4 ölüm faktı qeydə alınıb

Azərbaycan Respublikasında 314 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 125 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1947, 1954,1956 və 1958-ci il təvəllüdlü dörd nəfər vəfat edib.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan YeniAN.info-ya verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə 7553 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 4149 nəfər müalicə olunaraq sağalmış, 88 nəfər vəfat etmiş, 3316 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 69 nəfərin vəziyyəti ağır, 80 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 339.876 test aparılıb.

YeniAN.info

Oxunub: 227



XƏBƏR LENTİ